18 iyun 2026. Cümə axşamı

“Borussiya” derbisi Mönhenqladbaxın xeyrinə başa çatdı


“Borussiya” derbisi Mönhenqladbaxın xeyrinə başa çatdı

Almaniya Bundesliqasında 32-ci turun oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, "Borussiya Mönhenqladbax" öz meydanında "Borussiya Dortmund" ilə qarşılaşıb. Mönhenqladbaxdakı “Borussiya-Park” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Matçın yeganə qoluna 90-cı dəqiqədə Haris Tabakoviç imza atıb.

Qarşılaşmanı baş hakim Florian Badştübner idarə edib.

Bu nəticədən sonra “Borussiya Mönhenqladbax” 35 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Borussiya Dortmund” isə 67 xalla ikinci yerdə mövqeyini qoruyur.

Növbəti turda Mönhenqladbax təmsilçisi 9 mayda səfərdə "Auqsburq" ilə qarşılaşacaq. Dortmund klubu isə 8 mayda doğma meydanda "Ayntraxt Frankfurt"u qəbul edəcək.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər