18 iyun 2026. Cümə axşamı

Bundesliqaya qayıdan “Şalke” baş məşqçi ilə müqaviləni uzadıb


Bundesliqaya qayıdan “Şalke” baş məşqçi ilə müqaviləni uzadıb

“Şalke” bir neçə gün əvvəl Almaniya futbolunun ikinci divizionunda üç mövsüm keçirəndən sonra Bundesliqaya vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Gelzenkirhen təmsilçisinin bu uğuru baş məşqçi Miron Musliçin əmək müqaviləsinə də təsir edib – avstriyalı mütəxəssisin müqaviləsi avtomatik olaraq uzadılıb.

43 yaşlı baş məşqçi 2028-ci ilin iyun ayına qədər “Şalke”də qalacaq. Musliç Almaniya klubuna 2025-ci ilin mayından rəhbərlik edir.

Cari mövsümdə ikinci Bundesliqada “Şalke” 67 xal toplayaraq başa çatanadək iki tur qalmış çempionluğu rəsmiləşdirib və turnir cədvəlində birinci yeri təmin edib.

Xatırladaq ki, “Şalke” Almaniyanın yeddiqat çempionudur. Klub son dəfə 1958-ci ildə ölkə çempionluğunu qazanıb.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər