- Almaniya B.L.
- 11:49 06.05.2026
“Bavariya” komandanın hücumçusu Maykl Olise ilə müqaviləni uzatmağı planlaşdırır.
90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, Almaniya nəhəngi futbolçuya maaş artımı ilə yeni müqavilə təklif etməyə hazırlaşır.
Bildirilir ki, nəzərdə tutulan saziş kifayət qədər böyük olacaq.
Klubun bu addımı Avropanın aparıcı komandalarının Oliseyə ciddi maraq göstərməsi ilə əlaqələndirilir. Yaxın zamanda “Bavariya” “PSJ”dən rəsmi sorğu alıb. Lakin fransızlara, eləcə də “Liverpul” və digər klublara eyni cavab verilib: “Olise satılmır”.
Cari mövsümdə 24 yaşlı cinah oyunçusu bütün turnirlər daxil olmaqla 48 oyunda 21 qol vurub və 30 məhsuldar ötürmə edib.