21 iyun 2026. Bazar günü

Noyer “Bavariya”da qalır - yeni müqavilə üzrə razılıq yaxınlaşır


Noyer “Bavariya”da qalır  - yeni müqavilə üzrə razılıq yaxınlaşır

“Bavariya”nın qapıçısı Manuel Neuer gələcək karyerası ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın “Kicker"ə istinadən məlumatına görə, 40 yaşlı qolkiper Münhen klubu ilə 2027-ci il iyunun 30-na qədər yeni müqavilə imzalamağa çox yaxındır. Bildirilir ki, yeni anlaşmanın rəsmən gələn həftə açıqlanması gözlənilir.

Qeyd edək ki, Noyer 2011-ci ildə “Şalke”dən “Bavariya”ya 30 milyon avro qarşılığında transfer olunub. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə qapıçı Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 38 qol buraxıb və 11 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” portalı onun bazar dəyərini 4 milyon avro olaraq qiymətləndirir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər