7 may 2026. Cümə axşamı

“Bavariya” Laymerin gələcəyi ilə bağlı qərarını verdi


“Bavariya” Laymerin gələcəyi ilə bağlı qərarını verdi

“Bavariya”nın yarımmüdafiəçisi Konrad Laymer ilə bağlı vəziyyət qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın “Kicker"ə istinadən məlumatına görə, futbolçu Münhen klubunda yüksək qiymətləndirilsə də, rəhbərlik onunla yalnız ciddi maaş artımı olmadan yeni müqavilə imzalamağa hazırdır.

Bildirilir ki, klub hətta futbolçunun mövcud müqaviləsini başa vurub sərbəst agent kimi ayrılmasına da qarşı deyil.

“Bavariya” daxilində əsas fikir ondan ibarətdir ki, Laymer əvvəlcə klub səviyyəsinə uyğun başqa bir komanda tapmalı və həmin klub onun maliyyə tələblərini qarşılamalıdır.

Qeyd edək ki, futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”