7 may 2026. Cümə axşamı

Avropa nəhəngləri ispanlı futbolçuya meyl edib


Avropa nəhəngləri ispanlı futbolçuya meyl edib

“Bayer”in sol cinah müdafiəçisi Alexandro Qrimaldo Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın “Tuttosport"a istinadən məlumatına görə, hazırda “Yuventus” ispaniyalı oyunçunun transfer imkanını nəzərdən keçirir. Turin təmsilçisinin artıq üç ildir futbolçunu izlədiyi bildirilir. İtaliya nəhəngi artıq futbolçunun agenti ilə ilkin danışıqlarda aparıb.

Daha əvvəl futbolçu ilə “Barselona”, “Milan” və “Bavariya”nın maraqlandığı barədə xəbərlər yayılmışdı.

30 yaşlı müdafiəçi 15 milyon avro qarşılığında transfer edilə bilər. Onun Leverkuzen klubu ilə müqaviləsinin bitməsinə cəmi bir il qalıb.

Cari mövsümdə Qrimaldo bütün turnirlərdə 44 oyuna çıxaraq 14 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı onun bazar dəyərini 24 milyon avro olaraq qiymətləndirir.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”