7 may 2026. Cümə axşamı

“Olise ilə oxşarlıq var, amma müqayisələri sevmirəm”


“Olise ilə oxşarlıq var, amma müqayisələri sevmirəm”

“Bavariya”nın sabiq futbolçusu Aryen Robben hazırda Münhen klubunun cinah oyunçusu Maykl Olise ilə özündə müəyyən oxşarlıqlar gördüyünü bildirib.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Əlbəttə, mən özümlə Olise arasında oxşarlıqlar görürəm, amma müqayisələri sevmirəm. Sadəcə ümid edirəm ki, o, bu axşam ‘Bavariya’ üçün vacib rol oynaya biləcək. Bizim finala çıxacağımıza demək olar ki, əminəm. Düşünürəm ki, fiziki hazırlığımız daha yaxşıdır, üstəlik komanda çox stabildir. Bu komanda əsl maşındır”

Qeyd edək ki, hazırda “Bavariya” və “PSJ”  Çempionlar Liqasının yarımfinalının cavab oyununda üz-üzə gəlib və meydan sahibləri minimal hesabla məğlub olur.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”