24 iyun 2026. Çərşənbə

“Bayer” səfərdə “Ştutqart”a uduzdu


“Bayer” səfərdə “Ştutqart”a uduzdu

Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində “Ştutqart” və  “Bayer” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Ştutqart Arena” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Hannoverdən olan baş hakim Robert Şröder idarə edib.

Oyunda ilk qolu qonaqlar vurub. Aleş Qarsiya 1-ci dəqiqədə hesabı açıb. Lakin 5-ci dəqiqədə Ermedin Demiroviç tarazlığı bərpa edib. 45+7-ci dəqiqədə Maksimilian Mitterştedt penaltini dəqiq yerinə yetirib, 58-ci dəqiqədə isə Deniz Undav fərqlənib.

Bu nəticədən sonra “Ştutqart” 61 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Bayer” isə 58 xalla 6-cı yerdədir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər