24 iyun 2026. Çərşənbə

“Bavariya” Keynin qalması üçün hərəkətə keçdi


“Bavariya” Keynin qalması üçün hərəkətə keçdi

“Bavariya”nın hücumçusu Harri Keyn yaxın zamanda klubdakı gələcəyi ilə bağlı yekun qərarını verəcək.

90deqiqe.Az-ın məlumatına görə, may ayının sonuna yaxın forvard “Bavariya”ya rəsmi cavabını təqdim edəcək. Almaniya klubu isə futbolçuya 2028-ci ilə qədər yeni müqavilə, həmçinin bir illik uzadılma imkanı olan təklif göndərib.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayından “Bavariya”da çıxış edir. Cari mövsümdə 32 yaşlı hücumçu 49 oyunda 55 qola imza atıb, həmçinin 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Daha əvvəl onun xidmətində İspaniyanın “Barselona” klubunun da ciddi maraq göstərdiyi bildirilirdi.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər