9 iyun 2026. Çərşənbə axşamı

Olise Bundesliqanın 2025/2026 mövsümünün ən yaxşı futbolçusu seçildi


Olise Bundesliqanın 2025/2026 mövsümünün ən yaxşı futbolçusu seçildi

Münhen “Bavariya”sının cinah hücumçusu Maykl Olise Almaniya Bundesliqasının 2025/2026 mövsümünün ən yaxşı futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, Fransa millisinin üzvü mövsüm ərzində 32 oyunda 15 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Mükafat Oliseyə son turda “Köln”lə oyundan sonra təqdim edilib.

Qeyd edək ki, hücumçu bir müddət əvvəl Fransa xaricində çıxış edən ən yaxşı fransız futbolçu seçilmişdi. Onun Bavariya ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Futbolçunun hazırkı bazar dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər