11 iyun 2026. Cümə axşamı

İraola Almaniya klubuna rəhbərlik edə bilər


İraola Almaniya klubuna rəhbərlik edə bilər

“Bornmut”un baş məşqçisi Andoni İraola Almaniya klubuna başçılıq edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ispaniyalı mütəxəssisin xidmətində Leverkuzen “Bayer”i maraqlıdır. Lakin Almaniya təmsilçisi baş məşqçi uğrunda mübarizədə “Kristal Pelas”la rəqabət aparmalı olacaq.

Daha əvvəl “qartallar”ın İraola ilə müqavilə imzalamağa yaxın olduğu barədə məlumat yayılmışdı.

İspaniyalı çalışdırıcı “Bornmut”u 2023-cü ilin yayından çalışdırır.

Komanda bu mövsüm İngiltərə çempionatının turnir cədvəlində 55 xalla altıncı pillədə qərarlaşıb.

Qeyd edək ki, həmin mövqe komandaya Avropa Liqasına vəsiqə qazandırır.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər