- Almaniya B.L.
- 23:26 22.05.2026
Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes “Bavariya”dakı dövrü və baş məşqçi Niko Kovaçla yaşadığı fikir ayrılıqları barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, futbolçu bildirib ki, münaqişələrdən biri məşqlərdən sonra əlavə dözümlülük hazırlığı ilə bağlı olub. Onun sözlərinə görə, ilk mövsümü Karlo Ançelottinin rəhbərliyi altında icarədə uğurlu keçsə də, daha sonra Kovacın gəlişi ilə vəziyyət dəyişib.
“Onun istəyi ilə məşqlərdən sonra 30 dəqiqə velotrenajorda işləmək lazım idi. Mən də deyirdim ki, mən nə, ‘Tour de France’a hazırlaşıram, yoxsa futbol oynayıram?”, – deyə Rodriqes "ESPN Deportes"ə açıqlamasında bildirib.
Futbolçu həmçinin alman dilini öyrənməkdə çətinlik çəkdiyini də qeyd edib və dərslər zamanı tez-tez yuxusu gəldiyini söyləyib.
Nəticədə yarımmüdafiəçi “Bavariya”dan ayrılaraq Madrid “Real”ına qayıdıb, daha sonra karyerasını İngiltərədə davam etdirib.