- Almaniya B.L.
- 00:29 24.05.2026
“Bavariya”nın fəxri prezidenti Uli Höness Madrid “Real”ının gələcək baş məşqçisi Joze Mourinyonun yarımmüdafiəçi Maykl Olise olan marağına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, Mourinyo Berlin şəhərində keçirilən oyunda iştirak edərək Olisenin oyununu izləyib və onu “Real Madrid”in hücum xəttini gücləndirmək üçün potensial transfer kimi dəyərləndirib. Bu barədə “Madrid Universal” məlumat yayıb.
Höness isə bu iddialara belə reaksiya verib:
“Mourinyo bu gün stadiondadır və Oliseni ‘Real Madrid’ üçün izləyir? O, ona beş gözü ilə də baxsa belə, onu ala bilməyəcək.”
Qeyd edək ki, Olise mövsüm ərzində 52 oyunda 22 qol və 30 məhsuldar hərəkətlə yadda qalıb. Futbolçunun bazar dəyəri “Transfermarkt” tərəfindən 140 milyon avro olaraq qiymətləndirilir.