10 iyun 2026. Çərşənbə

“Bavariya” Almaniya Kubokunun qalibi oldu


“Bavariya” Almaniya Kubokunun qalibi oldu

Almaniya Kubokunun final oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, həlledici qarşılaşmada “Bavariya” “Ştutqart”la üz-üzə gəlib və Münhen təmsilçisi 3:0 hesablı qələbə qazanaraq kubokun sahibi olub.

Görüş Berlin şəhərində yerləşən “Olimpiya” stadionunda keçirilib. Matçın baş hakimi Bremenli Sven Yablonski olub.

Oyunda hesab 55-ci dəqiqədə Harri Keyn tərəfindən açılıb. O, 80-ci dəqiqədə dublunu rəsmiləşdirib, 90+2-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirərək het-trik edib.

Turnirin yarımfinal mərhələsində “Bavariya” Leverkuzen “Bayer”ini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. “Ştutqart” isə yarımfinalda “Frayburq”u 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, ötən mövsüm Almaniya Kubokunun qalibi “Ştutqart” olmuşdu. Klub 2024/2025 mövsümünün finalında “Arminiya”nı 4:2 hesabı ilə məğlub edərək trofeyi qazanmışdı.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər