27 may 2026. Çərşənbə

“Bəzən dayanıb demək lazımdır – mən bunu bacardım”


“Bəzən dayanıb demək lazımdır – mən bunu bacardım”

“Bavariya”nın yarımmüdafiəçisi Luis Dias uşaqlıq arzusundan danışıb.

90deqiqe.Az xəbər verir ki, "Touqe Sport" kolumbiyalı futbolçunun dediklərini belə çatdırıb.

“Uşaqlıqda Allahdan arzunu yerinə yetirməsini istəyirsən — peşəkar futbolçu olmaq, ölkəndə ən yaxşılardan biri olmaq. Amma heç vaxt bu qədər irəli gedəcəyini təsəvvür etmirsən. Biz çox vaxt hər şeyi adi qəbul edirik, amma bəzən dayanıb demək lazımdır: ‘Mən bunu bacardım’”

Luis Dias 2025-ci ildə 70 milyon avro qarşılığında “Liverpul”dan “Bavariya”ya transfer olunub. Onun müqaviləsi 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə vinger Münhen klubunun heyətində 51 oyuna çıxıb, 26 qol vurub və 23 məhsuldar ötürmə verib.







Almaniya B.L.

Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər