- Almaniya B.L.
- 23:42 26.05.2026
“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretzka klubdakı son matçından sonra komandanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Əminəm ki, gec-tez ‘Bavariya’ Çempionlar Liqasını qazanacaq, əgər əsas oyunçular – xüsusilə də baş məşqçi – komandadan ayrılmasalar. Onlara ən yaxşısını arzulayıram”
Qeyd edək ki, şənbə günü Münhen klubu finalda “Ştutqart”ı Harri Keynin het-triki sayəsində 3:0 hesabı ilə məğlub edərək Almaniya Kubokunu qazanıb. Qoretzka görüşün son dəqiqələrində meydana çıxıb.
Leon Qoretzka Bundesliqanın nəhəng klubunda 8 il çıxış edib. Onun başa çatan müqaviləsi uzadılmayıb və futbolçu yaxın zamanda azad agent olacaq.