27 may 2026. Çərşənbə

Eberl "Bavariya"nı tərk edə bilər


Eberl "Bavariya"nı tərk edə bilər

“Bavariya” klubunda uğurlu mövsümə baxmayaraq, artıq bir neçə aydır rəhbərlik daxilində gərginlik və birlik çatışmazlığı müşahidə olunur.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb.

Mənbənin məlumatına görə, idman direktoru Maks Eberl müavini ilə münasibətləri korladıqdan sonra yuxarı rəhbərliyin artan təzyiqi ilə üzləşib. Ona qərarların operativliyi və əsas transfer addımlarının müşahidə şurası ilə razılaşdırılması məsələsində iradlar bildirilir.

Fəxri prezident Uli Heness artıq idman direktorunun klubdakı gələcəyini sual altına alıb və onun vəzifədə qalma şansını 60% olaraq qiymətləndirib.

“Bavariya”da idarəetmə strukturu və Eberlin rolu ilə bağlı yekun qərarın avqust ayında keçiriləcək müşahidə şurasının iclasında verilməsi gözlənilir.







Almaniya B.L.

Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər