19 sentyabr 2026. Şənbə

Rüfət komandasını məğlubiyyətdən xilas etdi


Rüfət komandasını məğlubiyyətdən xilas etdi

Millimizin hücumçusu Rüfət Dadaşov “Proyssen”in heyətində növbəti qolunu vurub.

Corner.az xəbər verir ki, o, Almaniya 3-cü Bundesliqasının 11-ci turunda “Unterhasinq”lə səfər oyununda fərqlənib. Dadaşov komandası 1:2 hesabı ilə geridə olarkən – matçın 83-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib və “Proyssen”i məğlubiyyətdən xilas edib.


Qeyd edək ki, Münster təmsilçisi hazırda 10 xalla 18-ci pillədə qərarllaşıb.







Almaniya B.L.