21 iyun 2026. Bazar günü

Bavariya uduzdu, Borussiya'dan heç-heçə


Bavariya uduzdu, Borussiya'dan heç-heçə

Almaniya Bundesliqasında 7-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Lider “Bavariya” bu turda “Hoffenhaym”la qarşılaşıb. Görüş Münhen təmsilçisinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb. 

Dortmund “Borussiya”sı isə səfərdə “Frayburq”un qonağı olub. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Turun maraqla gözlənilən qarşılaşmasında “Leyptsiq” səfərdə “Bayer”lə üz-üzə gəlib. Bu görüş də qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası
7-ci tur

4 oktyabr

Herta – Fortuna 3:1
Qol: İbişeviç, 37. Dilrosun, 44. Darida, 62 – Henninqs, 32-pen.

5 oktyabr

Bayer – Leyptsiq 1:1
Qol: Volland, 66 – Nkunku, 78.

Bavariya – Hoffenhaym 1:2
Qol: Levandovski, 73 – Adamyan, 54; 79.

Frayburq – Borussiya (Dortmund) 2:2
Qol: Valdşmidt, 55. Akanji, 89-öz qapısına – Vitsel, 20. Hakimi, 67.

Paderborn – Maynts 1:2
Qol: Zolinski, 14 – Kayson, 8. Brosinski, 32-pen.

Şalke – Köln 1:1
Qol: S.Serdar, 71 – Hektor, 90.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər