- Almaniya B.L.
- 23:45 31.05.2026
Avstriyalı mütəxəssis Adi Hütter Almaniyanın “Ayntraxt” klubunun baş məşqçisi təyin olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalayıb. 56 yaşlı məşqçi üçün bu, onun əvvəllər də çalışdığı kluba geri dönüşü deməkdir.
Hütter Almaniya Bundesliqasının yeni mövsümünün startından əvvəl vəzifəsinin icrasına başlayacaq. Onun son iş yeri 2023–2025-ci illərdə çalışdığı “Monako” olub.
Qeyd edək ki, Frankfurt klubu ötən mövsüm Bundesliqada 44 xal toplayaraq turnir cədvəlini 8-ci pillədə başa vurub.