- Almaniya B.L.
- 23:05 03.06.2026
“Bavariya”nın yarımmüdafiəçisi Lennart Karl futbolçu qol qoruyucularında Argentina millisinin hücumçusu Lionel Messinin təsvirinin olmasının səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, gənc futbolçu Messinin onun üçün örnək olduğunu bildirib.
“Messi mənim sol ayaqlı qol qoruyucumun üzərindədir. Futbola başladığım vaxtdan bəri o, mənim üçün nümunə olub — solaxay, boyu nisbətən qısa, lakin topla inanılmaz şeylər edən bir futbolçu. Bu, sadəcə olaraq daha çox çalışmaq və ən yüksək səviyyədə özümü göstərmək üçün motivasiyadır”, - deyə Karl bildirib.
Qeyd edək ki, Lionel Messi cari mövsümdə “İnter Mayami”nin heyətində 16 oyunda 13 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2028-ci il dekabrın 31-dək nəzərdə tutulub.