10 iyun 2026. Çərşənbə

“Şalke” Kariusun müqaviləsini uzatdı


“Şalke” Kariusun müqaviləsini uzatdı

Almaniyalı qapıçı Loris Karius “Şalke” klubu ilə müqaviləsini uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında imzalanan yeni müqavilə növbəti iki ili əhatə edir.

Xatırladaq ki, ötən mövsümün yekunlarına əsasən, “Şalke” bir neçə ildən sonra yenidən Almaniya Bundesliqasına vəsiqə qazanıb.

Loris Karius da mövsüm ərzində kifayət qədər oyun praktikası əldə edib. O, bütün yarışlarda ümumilikdə 31 matçda meydana çıxıb.

32 yaşlı qolkiper üçün bu yaş hələ də mövqeyinin xüsusiyyətləri nəzərə alınmaqla kifayət qədər gənc hesab olunur.

Karius daha əvvəl Almaniyanın “Maynts” və Berlin “Union”, İngiltərənin “Liverpul”, həmçinin Türkiyənin “Beşiktaş” klublarında çıxış edib.

Almaniyalı futbolçu məşhur “Ştutqart” akademiyasının yetirməsidir.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər