- Almaniya B.L.
- 22:30 17.06.2026
Almaniyanın “Leyptsiq” klubunda baş məşqçi dəyişikliyi baş verə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 45 yaşlı mütəxəssis Martin Demikelis Almaniya təmsilçisinin yeni baş məşqçisi olacaq. Klub artıq argentinalı mütəxəssisin hazırda çalışdırdığı İspaniyanın “Malyorka” klubundan onun müqaviləsinin alınması variantını aktivləşdirmək qərarına gəlib.
Beləliklə, Demikelis “Leyptsiq”də baş məşqçi postunda almaniyalı mütəxəssis Ole Verneri əvəz edəcək. Vernerin rəhbərliyi altında klub ötən Bundesliqa mövsümünü üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Demikelis mart ayından “Malyorka”nı çalışdırır. Lakin onun rəhbərliyi altında komanda La Liqada qala bilməyib və mövsümü 18-ci pillədə tamamlayaraq aşağı liqaya düşüb.