2 avqust 2026. Bazar günü

"Leyptsiq" baş məşqçisini istefaya göndərdi


"Leyptsiq" baş məşqçisini istefaya göndərdi

Almaniyanın "Leyptsiq" klubu baş məşqçi Ole Vernerin istefasını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytında məlumat dərc olunub.

38 yaşlı mütəxəssis komandaya 2025-ci ilin yayında rəhbərlik etməyə başlamışdı. Onun rəhbərliyi altında "RB Leyptsiq" ötən mövsüm Almaniya çempionatını 65 xalla üçüncü pillədə başa vuraraq Bundesliqanın bürünc mükafatçısı olub.

Ole Verner daha əvvəl "Verder" və "Holştayn Kil" klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

Almaniya mətbuatının yaydığı məlumata görə, "RB Leyptsiq"də boşalan posta əsas namizəd hazırda İspaniyanın "Malyorka" klubunu çalışdıran argentinalı mütəxəssis Martin Demikelisdir.







Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi