- Almaniya B.L.
- 15:50 20.06.2026
“Bavariya”nın hücumçusu Harri Keyn hazırda klubla yeni müqavilə üzrə danışıqlar aparmır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında əməkdaşlığın 2029-cu ilədək uzadılması ilə bağlı ilkin təmaslar artıq baş tutub. Yaxın vaxtlarda bu mövzuda daha konkret danışıqların başlanacağı gözlənilir.
Həmçinin vurğulanır ki, Harri Keyn digər klublarla heç bir danışıq aparmır və karyerasını “Bavariya”da davam etdirmək niyyətindədir.
İngiltərə millisinin üzvü 2023-cü ildə “Bavariya”ya transfer olunub. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla keçirdiyi 51 oyunda 61 qol vurub, eyni zamanda yeddi məhsuldar ötürmə ilə yadda qalıb.