- Almaniya B.L.
- 23:06 29.06.2026
İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen Harri Keynin "Tottenhem"dən "Bavariya"ya transferi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, veteran futbolçu Almaniya çempionatının Keynin səviyyəsinə uyğun olmadığını bildirib.
"Harri Keyn karyerası baxımından Bundesliqanı üstələyən futbolçudur. Onun sayəsində bu çempionatı daha çox izləməyə başladım. Amma etiraf etməliyəm ki, "Bavariya"dan başqa qalan komandaların səviyyəsi o qədər də yüksək deyil"
O, Keynin kuboklar qazanmaq məqsədilə "Bavariya"ya keçidini başa düşdüyünü, lakin hücumçunun hələ də ən böyük arzularından biri olan Çempionlar Liqasını qazana bilmədiyini xatırladıb.
Maykl Ouen həmçinin vurğulayıb ki, Harri Keyn təkcə istedadlı futbolçu deyil, həm də gənclər üçün nümunə göstəriləcək şəxsiyyətlərdən biridir.
Qeyd edək ki, Harri Keyn 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 51 oyunda 61 qol vurub və yeddi məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatının qrup mərhələsində isə üç matçda üç qolla yadda qalıb.