- Almaniya B.L.
- 23:31 02.07.2026
Maykl Olisenin möhtəşəm oyunu futbol ictimaiyyətində böyük maraq doğurmaqda davam edir.
90deqiqe.Az xəbər verir ki, Fransa futbolunun əfsanəvi siması Mişel Platini də “Bavariya”nın yarımmüdafiəçisinin çıxışını yüksək qiymətləndirib.
Platini bildirib ki, Olisedə klassik “10 nömrə” üçün lazım olan bütün keyfiyyətlər var:
“Onun ‘on nömrə’ kimi çıxış etmək üçün hər şeyi var, mənim dövrümdə olduğu kimi. Müasir futbolda isə bu mövqe bir qədər dəyişib, ‘on nömrələr’ daha çox cinahlarda oynayır. Amma Didye Deşam Fransa millisində ‘on nömrə’ anlayışını yenidən onun əsl yerinə qaytardığı üçün tarixə düşəcək”, – deyə Platini qeyd edib.
Qeyd edək ki, Maykl Olise hazırda Almaniyanın “Bavariya” klubunun şərəfini qoruyur.