3 iyul 2026. Cümə

"Bavariya" Almaniya millisinin müdafiəçisini transfer etdi


"Bavariya" Almaniya millisinin müdafiəçisini transfer etdi

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bundesliqa nəhəngi Almaniya millisinin 23 yaşlı müdafiəçisi Nataniel Braunu "Ayntraxt"dan (Frankfurt) transfer edib. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Nataniel Braun 2024/2025 mövsümündən "Ayntraxt"ın formasını geyinirdi. Müdafiəçi Frankfurt təmsilçisinin heyətində keçirdiyi 75 oyunda 7 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, "Bavariya" yeni mövsüm öncəsi müdafiə xəttini Almaniya millisinin üzvü ilə gücləndirib.







Almaniya B.L.

"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"