- Almaniya B.L.
- 22:22 03.07.2026
Almaniyalı hücumçu Kevin Folland peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı futbolçu qərarını Almaniyanın yerli nəşrlərindən birinə açıqlamasında təsdiqləyib.
“Son bir ildə həyatımda çox şey baş verdi. Bir məqamdan sonra futboldan aldığım zövq ikinci plana keçdi. Bəzən insan çətin qərarlar verməli olur”, – deyə Folland bildirib.
Qeyd edək ki, Kevin Folland “Münhen 1860” klubunun yetirməsidir. O, peşəkar karyerasına 2010-cu ildə doğma komandada başlayıb. Daha sonra “Hoffenhaym” və “Bayer” formalarını geyinən hücumçu 2020-ci ildə “Monako”ya transfer olunaraq ilk dəfə Almaniyadan kənarda çıxış edib.
Folland 2023–2025-ci illərdə Berlin “Union”unda oynayıb. Daha sonra isə Almaniyanın üçüncü liqasında mübarizə aparan doğma “Münhen 1860” klubuna qayıdıb.