- Almaniya B.L.
- 22:45 20.07.2026
Almaniyanın "Bavariya" klubu müdafiəçi Konrad Laymerlə yeni müqavilə imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə bağlanan yeni razılaşmaya əsasən, tərəflərin əməkdaşlığı 2029-cu ilin ortalarınadək davam edəcək.
Avstriyalı oyunçu əsasən sağ cinah müdafiəçisi mövqeyində çıxış etsə də, zərurət yarandıqda mərkəz yarımmüdafiəsində də uğurla oynaya bilir.
Konrad Laymer 2023-cü ilin yayından "Bavariya"nın formasını geyinir. O, ötən üç mövsüm ərzində Münhen təmsilçisinin heyətində 136 rəsmi oyuna çıxıb, 7 qol vurub və komanda yoldaşlarına 21 məhsuldar ötürmə verib.
"Bavariya" 2026/2027 mövsümündə ilk rəsmi oyununu avqustun 22-də keçirəcək. Münhen təmsilçisi həmin gün Almaniya Superkuboku uğrunda qarşılaşmada Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək.