- Almaniya B.L.
- 23:24 23.07.2026
İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasını "Bavariya"da davam etdirməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər 2026-cı il dünya çempionatından sonra danışıqları bərpa edib və 32 yaşlı futbolçunun Münhen təmsilçisi ilə yeni müqavilə imzalayacağı gözlənilir.
Bildirilir ki, yay transfer pəncərəsi ərzində Harri Keynlə "Barselona" da maraqlanıb. Bundan başqa, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da ingilis hücumçuya rəsmi təklif göndərib. Qeyd olunur ki, ərəb təmsilçisi Keyni 2023-cü ildən bəri yaxından izləyir.
Harri Keyn "Bavariya"nın heyətində keçirdiyi 147 oyunda 146 qol vurub və 33 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı təcrübəli hücumçunun transfer dəyərini 60 milyon avro qiymətləndirir.