26 iyul 2026. Bazar günü

Maykl Olise "Real" arzusunu gizlətmədi


Maykl Olise "Real" arzusunu gizlətmədi

Fransa millisinin və Almaniyanın "Bavariya" klubunun cinah hücumçusu Maykl Olise gələcəkdə Madrid "Real"ında çıxış etmək istədiyini etiraf edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk şəxsi saytında məlumat yayıb.

Mənbənin iddiasına görə, 24 yaşlı futbolçu bu arzusunu Fransa millisindəki komanda yoldaşları ilə bölüşüb. Bununla belə, Olisenin cari yay transfer pəncərəsində "Real"a keçmək üçün israr etməyəcəyi bildirilir.

Xatırladaq ki, "Bavariya" rəhbərliyi daha əvvəl fransalı vingeri bu yay satmaq niyyətində olmadığını açıqlayıb. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, "Transfermarkt" portalı Maykl Oliseni dünyanın ən bahalı futbolçularından biri kimi dəyərləndirir. Onun transfer qiyməti 170 milyon avro təşkil edir. Yalnız Kilian Mbappe (200 milyon avro), Erlinq Holann (220 milyon avro) və Lamin Yamal (220 milyon avro) daha yüksək bazar dəyərinə malikdir.







Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi
"Harri Keynin yeri Bundesliqa deyil"
  • Almaniya B.L.
  • 23:06 29.06.2026
"Harri Keynin yeri Bundesliqa deyil"