- Almaniya B.L.
- 22:38 25.07.2026
"Bavariya"nın idman direktoru Kristof Froind Maykl Olisenin Madrid "Real"ına mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, onun fikirlərini "The Touchline" yayıb.Froind bildirib ki, Münhen klubu bu mövzunu gündəmində saxlamır və futbolçunun gələcəyi ilə bağlı narahatlıq keçirmir.
"Olise və "Real"la bağlı yayılan xəbərlər? Bu, bizim üçün ümumiyyətlə müzakirə mövzusu deyil. Mayklın məzuniyyətdən qayıtmasını səbirsizliklə gözləyirik. O, ötən mövsümdə olduğu kimi, yeni mövsümdə də "Bavariya" üçün çox vacib futbolçu olacaq", – deyə klub rəsmisi bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Maykl Olisenin karyerasının müəyyən mərhələsində Madrid "Real"ında çıxış etmək istədiyi barədə məlumat yayılmışdı. Lakin 24 yaşlı fransalı vingerin bu yay transfer olmaq üçün "Bavariya" rəhbərliyinə təzyiq göstərmək niyyətində olmadığı da qeyd olunurdu.
Qeyd edək ki, "Transfermarkt" portalının məlumatına əsasən, Maykl Olisenin bazar dəyəri hazırda 170 milyon avro təşkil edir.