31 iyul 2026. Cümə

"Keynin gedişi üçün heç bir səbəb görmürəm"


"Keynin gedişi üçün heç bir səbəb görmürəm"

"Bavariya"nın fəxri prezidenti Uli Höness hücumçu Harri Keynin müqaviləsinin uzadılması ilə bağlı danışıqlara münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, "Bayern & Germany" Hönessin sözlərini belə çatdırıb.

 "Harri ilə bu barədə şəxsən danışmamışam. Ancaq eşitdiyimə görə, o, Münhendə çox xoşbəxtdir. Biz də ondan razıyıq. Gələn il onun komandadan ayrılması üçün heç bir səbəb görmürəm. Keyn təkcə bombardir kimi deyil, ümumilikdə futbolçu və şəxsiyyət kimi də örnəkdir"

Qeyd edək ki, 33 yaşlı ingiltərəli futbolçunun hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq. Münhen təmsilçisinin yaxın vaxtlarda Keynlə yeni sözləşməni müzakirə edəcəyi gözlənilir.

Harri Keyn ötən mövsüm baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Almaniya B.L.

Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi