13 avqust 2026. Cümə axşamı

Diomandenin "Ferl"lə oyunu buraxmasının əsl səbəbi məlum oldu


Diomandenin "Ferl"lə oyunu buraxmasının əsl səbəbi məlum oldu

Almaniyanın "Leyptsiq" klubu şənbə günü "Ferl"ə qarşı qeyri-adi formatda – hər hissəsi 60 dəqiqədən ibarət yoldaşlıq oyunu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, "buğalar"ın start heyətində gənc cinah oyunçusu Yan Diomandenin yer almaması azarkeşlər arasında onun "Real Madrid"ə mümkün transferi ilə bağlı iddiaları yenidən gündəmə gətirib.

Lakin klubun mətbuat xidməti 19 yaşlı kot-d'ivuarlı futbolçunun matçı transfer səbəbindən deyil, infeksiyaya yoluxduğu üçün buraxdığını açıqlayıb.

Bununla belə, Avropa mətbuatında yayılan xəbərlərə əsasən, "Real Madrid" Yan Diomandeni transfer etmək üçün "Leyptsiq"ə 130 milyon avrodan artıq məbləğ ödəməyə hazırdır.

Bildirilir ki, tərəflər yaxın günlərdə razılığa gələ və bundan sonra transferin rəsmən elan olunacağı gözlənilir.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"