- Almaniya B.L.
- 21:35 03.08.2026
Bosniya və Herseqovina millisinin təcrübəli hücumçusu Edin Dzeko Almaniyanın "Şalke" klubu ilə müqaviləsini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 40 yaşlı futbolçu ilə bir illik yeni müqavilə imzalanıb. Beləliklə, Dzeko peşəkar karyerasının 23-cü mövsümündə də Bundesliqada çıxışını davam etdirəcək.
"Şalke"nin bəyanatında bildirilib ki, komandanın ötən mövsümün ikinci yarısında uğurlu çıxışında mühüm pay sahibi olan Bosniya və Herseqovina millisinin kapitanı avqustun 4-də yeni mövsümün hazırlıqlarına qoşulacaq.
Yeni müqaviləyə imza atdıqdan sonra fikirlərini bölüşən Edin Dzeko klubda özünü xoşbəxt hiss etdiyini bildirib:
"Şalke"yə gəldiyim ilk gündən etibarən möhtəşəm kollektivin bir hissəsi oldum və azarkeşlərin böyük dəstəyini hiss etdim. Bundesliqaya yüksəlmək karyeramın ən yaddaqalan anlarından biri idi. Bu, inanılmaz təcrübə oldu. Futbol həmişə mənə sevinc və motivasiya verib. Hələ də böyük həvəsim var və Bundesliqada komandama fayda verməyə davam etmək istəyirəm", – deyə təcrübəli forvard vurğulayıb.