3 avqust 2026. Bazar ertəsi

"Bavariya"da qalmaq istəyirəm"


"Bavariya"da qalmaq istəyirəm"

Cənubi Koreya millisinin müdafiəçisi Kim Min-Je Almaniyanın "Bavariya" klubundakı gələcəyi ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, vaxtilə Türkiyənin "Fənərbağça" klubunda çıxış etmiş 29 yaşlı futbolçu Münhen təmsilçisində özünü xoşbəxt hiss etdiyini və komandada qalmaq istədiyini deyib.

"Bavariyada olmaqdan çox xoşbəxtəm. İndiyədək çox sayda oyunda iştirak etmişəm və hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Meydanda bütün gücümü ortaya qoymuşam. Bu mövsüm daha çox oynamağa və klubda qalmağa ümid edirəm", – deyə Kim Min-Je bildirib.

Qeyd edək ki, cənubi koreyalı müdafiəçi 2023-cü ildən "Bavariya"nın şərəfini qoruyur. O, Münhen təmsilçisinin heyətində indiyədək 116 rəsmi oyunda meydana çıxıb. Bu görüşlərdə 5 qol vurub, 3 məhsuldar ötürmə verib.

Xatırladaq ki, yay transfer dövründə Kim Min-Jenin adı Türkiyənin "Qalatasaray" və "Fənərbağça" klubları ilə də əlaqələndirilirdi.







Almaniya B.L.

"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi