- Almaniya B.L.
- 20:18 08.08.2026
“Bayer” və “Sevilya” arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Leverkuzen təmsilçisi qarşılaşmada 2:1 hesablı qələbə qazanıb.
Oyunda hesabı 16-cı dəqiqədə “Sevilya”nın hücumçusu Migel Syerra açıb. İkinci hissədə “Bayer”in forvardı Patrik Şik 66-cı dəqiqədə hesabı bərabərləşdirib. Çexiyalı futbolçu 78-ci dəqiqədə daha bir qol vuraraq dubl edib və komandasına qələbə qazandırıb.
Qeyd edək ki, “Bayer” ötən mövsüm Almaniya Bundesliqasında 59 xalla 6-cı yeri tutub. “Sevilya” isə İspaniya La Liqasını 43 xalla 13-cü pillədə başa vurub.