10 avqust 2026. Bazar ertəsi

Harri Keyn “Bavariya” ilə müqaviləsini uzadacaq


Harri Keyn “Bavariya” ilə müqaviləsini uzadacaq

“Bavariya”nın ingiltərəli hücumçusu Harri Keyn klubla müqaviləsini uzatmağa hazırlaşır.

90deqiqe.Az -ın “Abendzeitung München"ə istinadən məlumatına görə, 33 yaşlı forvard yeni sözləşməyə avqustun sonu və ya sentyabrın əvvəlində imza ata bilər.

Bildirilir ki, Keynin yeni müqaviləsi 2029-cu ilin ortalarına qədər və ya 2030-cu ilin yayına qədər nəzərdə tutula bilər. Tərəflər arasında danışıqların yaxın vaxtlarda başlayacağı gözlənilir.

Məlumata əsasən, Harri Keyn qarşıdakı mövsümdə “Bavariya” ilə UEFA Çempionlar Liqasının qalibi ola biləcəyinə inanır.

Qeyd edək ki, Münhen klubu daha əvvəl Keynin avqustun 19-da “Qızıl buts” mükafatına layiq görüləcəyini açıqlayıb. “Bavariya” rəhbərliyi həmçinin ingiltərəli hücumçunun ötən mövsüm “Qızıl top”a layiq çıxış etdiyini bildirib.







Almaniya B.L.

“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"
Maykl Olise "Real" arzusunu gizlətmədi
  • Almaniya B.L.
  • 23:30 24.07.2026
Maykl Olise "Real" arzusunu gizlətmədi