- Almaniya B.L.
- 23:58 11.08.2026
“Bavariya”nın baş məşqçisi Vensan Kompani yeni mövsüm öncəsi futbolçularına xəbərdarlıq edib.
90deqiqe.Az-ın məlumatına görə, Almaniya və Avropadakı rəqiblərin qələbəyə böyük həvəs göstərdiyini vurğulayan belçikalı mütəxəssis komandasının arxayınlaşmamalı olduğunu bildirib.
“Almaniyada və Avropada rəqiblərimiz uğur qazanmaq üçün böyük istəklə çıxış edirlər. Onların bir çoxu ötən mövsüm heç nə qazanmayıb. Buna görə də biz onların qələbə arzusuna uyğun mübarizə aparmalıyıq. Özümüzə qarşı heç bir təkəbbürə yol verə bilmərik. Ötən mövsüm baş verənlərin artıq heç bir əhəmiyyəti yoxdur. Hər şeyə yenidən başlayırıq”, – deyə Kompaninin sözlərini “Bavarian Football Works” yayıb.
Qeyd edək ki, “Bavariya” ötən mövsüm Almaniya çempionu olub və ölkə kubokunu qazanıb.
Münhen təmsilçisi yeni mövsüm öncəsi ilk sınağını avqustun 15-də “RB Leypsiq”ə qarşı keçirəcək. Komanda avqustun 22-də isə Almaniya Superkuboku uğrunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.