- Almaniya B.L.
- 23:39 15.08.2026
2026/2027 mövsümünə hazırlıq çərçivəsində Almaniyanın “Borussiya Dortmund” və İtaliyanın “Roma” komandaları arasında yoxlama oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, Dortmund şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyuna fəal başlayan “Roma” 4-cü dəqiqədə hesabı açıb. Paulo Dibalanın dəqiq zərbəsi italiyalıları önə keçirib. Beş dəqiqə sonra Brayan Kristante fərqi iki topa çatdırıb.
“Borussiya Dortmund” isə qısa müddətdə hesabı bərabərləşdirib. Julian Ryerson 12-ci dəqiqədə fərqi azaldıb, 22-ci dəqiqədə isə Seru Girassi almanların ikinci qolunu vuraraq hesabı 2:2 edib.
Qarşılaşmanın qalan dəqiqələrində komandalar fərqlənə bilməyiblər.
Qeyd edək ki, “Borussiya Dortmund” əvvəlki yoxlama oyununda “Tokio”nu 1:0 hesabı ilə məğlub edib. “Roma” isə “Brayton”a 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, 2025/2026 mövsümündə “Borussiya Dortmund” Bundesliqada 73 xalla ikinci yeri tutub. “Roma” isə eyni xalla İtaliya A Seriyasını üçüncü pillədə başa vurub.