16 sentyabr 2026. Çərşənbə

“Bavariya” “Leypsiq”i məğlub etdi


“Bavariya” “Leypsiq”i məğlub etdi

Almaniyanın “Bavariya” klubu yeni mövsümə hazırlıq çərçivəsində “Telekom Cup” turnirində “Leypsiq”lə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, Vensan Kompaninin rəhbərlik etdiyi Münhen təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

“Bavariya”nın heyətində Luis Dias, Nataniel Braun və Camal Musiala fərqləniblər.

Qeyd edək ki, “Bavariya” avqustun 22-də Almaniya Superkuboku uğrunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Bundan sonra Münhen klubu Bundesliqanın I turunda “Ştutqart”la keçirəcəyi görüşə hazırlaşacaq.

“Leypsiq” isə Almaniya çempionatının ilk turunda Mönxenqladbax “Borussiya”sı ilə üz-üzə gələcək.







Almaniya B.L.

“Bayer” “Union”u darmadağın etdi
  • Almaniya B.L.
  • 23:25 05.09.2026
“Bayer” “Union”u darmadağın etdi