16 avqust 2026. Bazar günü

“Bavariya”nın qələbəsi üç futbolçunun zədəsi ilə yadda qaldı


“Bavariya”nın qələbəsi üç futbolçunun zədəsi ilə yadda qaldı

Almaniyanın “Bavariya” klubu “Leypsiq”i 3:1 hesabı ilə məğlub etdiyi yoxlama oyununda üç futbolçusunun zədələnməsi ilə bağlı problem yaşayıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmanın 84-cü dəqiqəsində Camal Musiala qəfil yerə yıxılıb. Komanda yoldaşları dərhal onun yanına yaxınlaşıb, ardınca həkim meydana daxil olub.

23 yaşlı yarımmüdafiəçi meydanı öz ayaqları ilə tərk etsə də, narahat və ayaq üstə dayanmaqda çətinlik çəkən vəziyyətdə olub. Musialanın özünü halsız hiss etdiyi, başgicəllənməsi və qan dövranı ilə bağlı problemlər yaşadığı bildirilib. Qarşılaşma zamanı havanın temperaturu 30 dərəcədən yüksək olub.

“Ən vacib məqam onun vəziyyətinin yaxşı olmasıdır”, – deyə “Bavariya”nın idman məsələləri üzrə idarə heyətinin üzvü Maks Eberl bildirib.

Münhen təmsilçisinin daha iki futbolçusu – Kim Min Ce və Konrad Laymer də zədə səbəbindən oyunu vaxtından əvvəl başa vurublar.

Kim Min Cenin bud nahiyəsində problem yaranıb. Laymer isə David Raumla toqquşma zamanı sağ ayağından ağrılı zərbə alıb.

Eberl Laymerin vəziyyəti barədə danışarkən qeyd edib:

“Laymer kifayət qədər erkən zərbə aldı və ayağı qısa müddətdə şişdi. Buna görə də ehtiyat tədbiri kimi onu əvəzlədik. Artıq köməksiz yeriyə bilmirdi. Hazırda onun bərpasının nə qədər vaxt aparacağını deyə bilmərəm”.

Qeyd edək ki, “Bavariya” növbəti yoxlama oyununu avqustun 18-də “Haydenhaym”a qarşı keçirəcək.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"