2 oktyabr 2026. Cümə

“Borussiya” Yunanıstan millisinin üzvünü transfer etdi


“Borussiya” Yunanıstan millisinin üzvünü transfer etdi

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni transferlə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, Bundesliqa təmsilçisi Yunanıstan millisinin üzvü Yannis Konstanteliasın transferini rəsmən açıqlayıb.

23 yaşlı yarımmüdafiəçi PAOK-dan Dortmund klubuna keçib. Tərəflər arasında imzalanan müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Konstantelias peşəkar karyerası ərzində əsasən PAOK-un formasını geyinib və Yunanıstan millisinin də üzvüdür.







Almaniya B.L.