19 avqust 2026. Çərşənbə

“Bavariya” mövsümöncəsi son yoxlama oyununda qalib gəlib


“Bavariya” mövsümöncəsi son yoxlama oyununda qalib gəlib

“Bavariya” yeni mövsümə hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Münhen təmsilçisi baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında çərşənbə axşamı “Haydenhaym”la qarşılaşıb. Görüş “Bavariya”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Felipe Çaves, penaltidən Arijon İbrahimoviç, Luis Dias və Nataniel Braun fərqləniblər.

“Bavariya” mövsümün ilk rəsmi oyununda avqustun 22-də, şənbə günü Dortmund “Borussiya”sı ilə Almaniya Superkubokunda üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Kompani yetirmələri Bundesliqanın ilk turunda isə “Ştutqart”la qarşılaşacaq.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”