19 avqust 2026. Çərşənbə

Musiala yenidən huşunu itirdi - “Bavariya”da narahatlıq


Musiala yenidən huşunu itirdi   -  “Bavariya”da narahatlıq

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala “Haydenhaym”la keçirilən yoxlama oyununda huşunu itirib.

90deqiqe.Az-ın məlumatına görə, Almaniya millisinin üzvü qarşılaşmanın ikinci hissəsində özünü pis hiss edib və qısa müddətə huşunu itirib. Xoşbəxtlikdən, Müsiala meydanı özünün köməyi ilə tərk edə bilib. Bundan sonra futbolçu əvəzlənib.

Qeyd edək ki, Müsiala üç gün əvvəl “Leypsiq”lə oyunda da huşunu itirmişdi. Həmin vaxt mətbuatda futbolçunun güclü istiyə görə özünü pis hiss etdiyi yazılmışdı.

Hadisənin yenidən təkrarlanması Müsialanın daha ətraflı tibbi müayinədən keçməsinə səbəb ola bilər.

Xatırladaq ki, “Bavariya” mövsümöncəsi son yoxlama oyununda “Haydenhaym”ı 4:2 hesabı ilə məğlub edib. Münhen təmsilçisi avqustun 22-də Almaniya Superkubokunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”