- Almaniya B.L.
- 23:42 18.08.2026
“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala ardıcıl ikinci oyunda huşunu itirməsindən sonra səhhəti ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, Almaniya millisinin üzvü azarkeşləri narahat olmamağa çağırıb və səhhəti ilə bağlı vəziyyəti açıqlayıb.
“Əvvəla, məndə hər şey qaydasındadır! Mesajlarınıza və dəstəyinizə görə təşəkkür edirəm. Narahat olduğunuzu başa düşürəm və bu gün vəziyyəti izah etmək istəyirəm. Məndə nevroloji disfunksiya nəticəsində yaranan, qısamüddətli və asanlıqla müalicə olunan absans tutmaları diaqnozu qoyulub. Bunlar son oyunlarda yaşanan belə epizodlara səbəb ola bilər.
İlk baxışdan bu, qorxuducu görünə bilər. Lakin hazırda bu, mənim həyatımın sadəcə bir hissəsidir. Ən yaxşı tibbi müalicəni alıram və gələcəyə çox nikbin baxıram. “Bavariya”, ailəm və dostlarım bu prosesdə hər zaman yanımdadır və mənə dəstək olurlar. Ən vacibi isə odur ki, səhhətim üçün heç bir təhlükə yoxdur”, – deyə Musiala bildirib.
Qeyd edək ki, “Bavariya” avqustun 22-də Almaniya Superkubokunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.