19 avqust 2026. Çərşənbə

“Bavariya”nın Bundesliqada layiqli rəqibi yoxdur”


“Bavariya”nın Bundesliqada layiqli rəqibi yoxdur”

Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Bavariya”nın Bundesliqada çempionluq uğrunda ciddi rəqibinin olub-olmaması ilə bağlı fikirlərini bölüşüb.

 90deqiqe.Az-ın məlumatına görə, Matteus hesab edir ki, fövqəladə hal baş verməsə, heç bir komanda “Bavariya” ilə çempionluq mübarizəsində rəqabət apara bilməyəcək:

“Fövqəladə bir şey baş verməsə, Bundesliqada heç bir komandanın “Bavariya”nın güclü heyəti ilə çempionluq uğrunda mübarizə aparmağa kifayət qədər keyfiyyəti yoxdur. Hətta daha çoxunu deyərdim: “Bavariya”nın ikinci heyətinin belə Dortmund “Borussiya”sı, “Ştutqart”, “Leypsiq” və “Bayer”lə qızıl medallar uğrunda mübarizədə yaxşı şansları olardı. Bu, “Bavariya”nın niyə yenidən aşkar favorit hesab edildiyini çox yaxşı izah edir”.

Qeyd edək ki,Münhen klubu son iki mövsümdə Almaniya çempionu olub. Komanda ötən mövsüm Bundesliqadakı uğuruna Almaniya Kubokunun qalibiyyətini də əlavə edib.

Əlavə edək ki, Vensan Kompaninin rəhbərlik etdiyi “Bavariya” avqustun 22-də Almaniya Superkubokunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Münhen təmsilçisi avqustun 28-də isə Bundesliqanın 2026/27 mövsümünün ilk turunda “Ştutqart”ın qonağı olacaq.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”