- Almaniya B.L.
- 23:57 19.08.2026
“Bavariya” klubunun hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıtmaq istəyinin əvvəlki qədər güclü olmadığını bildirib.
90deqiqe.Az xəbər verir ki, 33 yaşlı forvard bu barədə jurnalist Henri Vinterə açıqlamasında danışıb.
“Tottenhem”dən 2023-cü ildə ayrılarkən, əlbəttə, bir gün İngiltərəyə mütləq qayıdacağımı düşünürdüm. Lakin hazırda bu istəyim əvvəlki qədər güclü deyil. Mən Münhendə xoşbəxtəm. İngiltərədən kənarda futbolun tamamilə fərqli dünyasını kəşf etmişəm”, - deyə Keyn bildirib.
Qeyd edək ki, ingiltərəli hücumçu bu gün Bundesliqanın 2025/26 mövsümündə 36 qolla bombardir olub və “Qızıl buts” mükafatına layiq görülüb.
Harri Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.