20 avqust 2026. Cümə axşamı

Harri Keyn “Qızıl buts” mükafatına layiq görülüb


Harri Keyn “Qızıl buts” mükafatına layiq görülüb

“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl buts” mükafatına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, ingiltərəli forvard 2025/26 mövsümündə Avropanın milli çempionatlarında ən çox qol vuran futbolçu kimi bu mükafata sahib çıxıb.

Keyn ötən mövsüm Bundesliqada 31 matçda 36 qola imza atıb.

Mükafatın təqdim olunması münasibətilə “Bavariya” klubunda Harri Keyn üçün xüsusi mərasim təşkil edilib. Münhen təmsilçisi daha əvvəl ingiltərəli futbolçunun ötən mövsüm “Qızıl top”a layiq görüləcək səviyyədə çıxış etdiyini də vurğulayıb.

Qeyd edək ki, “Bavariya” 2026/27 mövsümündə ilk rəsmi oyununu avqustun 22-də keçirəcək. Vinsent Kompaninin komandası Almaniya Superkubokunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.







Almaniya B.L.